NƏBZLƏ DİAQNOSTİKA

1. Nəbz haqqında öyrenilmənin tarixi :
Nəbzlə diaqnostika hələ bizim eraya qədər olan dövrlərdən məlum olmuşdur. Onu əks etdirən ədəbiyyatların yalnız bir qismi bizə Tibetdən və qədim Çindən gəlib çıxmışdır.
Nəbz haqqında öyrənilmənin əsasını qoyanlardan biri (bizim eramızdan əvvəl IV-V əsrlərdə yaşamış) Çin həkimi Byan Tsyao sayılır. Onun haqqında təəccüb doğuran möcüzələr mövcuddur.
Bəzi mənbələrin bizə gəlib çatan məlumatlarına görə o vaxtlar qadınları yad kişilərin görməsi yasaq imiş. Həkimlərin böyük əksəriyyəti isə kişilər imiş, bu səbəbdən də həkimlər xəstə qadınlara baxa bilmirlərmiş. Onların nəbzlərini həkimlərin yoxlamasi üçün müxtəlif üsullardan istifadə edirlərmiş.
Məsələn: xəstə qadının biləyinə nazik kəndir və ya lent bağlayıb, o birisi ucunu pərdə arxasında əyləşmiş həkimə verirdilər.
Lentin çox zeif qalxıb-enməsi ilə həkim pasiyentin orqanizmində olan xəstəlikləri müəyyən etməli idi. Byan Tsyao nəinki bu vəzifənin öhdəsindən ustalıqla gelirdi, o, hətta artıq ölmüş sayılan insanın bədənində həyat olmasını söyləməklə müasirlerini heyrətə gətirirdi.
Sonralar onun davamedicisi (bizim eramızdan əvvəl 267-315 ci illərdə yaşamış) Tay Tsan-qun nəbzlə bağlı olan elmi dəqiqləşdirmiş və inkişaf etdirmişdir.
Daha sonralar nəbzin öyrənilməsi və həyata keçirilməsi diaqnostikada çox böyük əhəmiyyət kəsb etdi. Xəstəliklərin xüsusiyyətindən asılı olaraq,
onun haqqında çoxlu sayda tedqiqatlar yazılmışdır.
980-1037 ci illərdə Orta Asiyanın Böyük alimi olmuş Əbu Əli İbn Sina da nəbzlə diaqnostikadan istifadə etmişdir. O, qırxdan yuxarı nəbz növünü tanımış və özünün "Qanun" kitabında xüsusi başliqlı məqaləni də buna həsr etmişdir.


2. Nəbzlə diaqnostikanın aparılması:
Image
Qədim Çin təbabətinə görə hər hansı bir xəstəlik, fiziki və ya ruhi, hansı ki, fizioloji faktorlara söykənir, mütləq nəbzin müvafiq meridianında özünü gösterir, hətta qaydalara əsasən, keçmişdə olmuşsa və olmağa hazırlaşırsa belə.
Təcrübəli həkim nəbzi analiz edərkən nəinki meridianlarda enerjinin normadan çox və ya az olmasını müəyyən edir, hətta xəstəliyin harada yerləşməsini, görkemini, ciddiliyini, müddətini və yaranma səbəbini dəqiqliklə aşkar edir.
Nəbzlə diaqnostikanın aparılmasının başlıca məqsədi xəstəliyin səbəbinin müəyyən edilməsi: enerjinin, qanin çox ve az olmasi, 'in' ve 'yan'in beraberliyinin pozulmasi ve ya onlardan birinin digerini üstelemesi, bedenin patogenetik ve bioklimatik enerji ile dolu ve bosh olmasi, daxili berk ve bosh orqanlarin normal ve ya patoloji veziyyetde olmasi, xesteliyin harada (derinde ve ya dayazda) yerleshmesi, tez ve ya gecsaqalan olmasini ortaya çixarmaqdir.


3. Nəbzi yoxlamaqla xəstəliklərin təyin edilməsi :

Ağ ciyərlər və yuxarı tənəffüs yollarının xəstəlikləri :
Image
Ağ ciyərlərdə çöküntülər. Gecə qızdırmaları ilə xarakterizə olunan dəyişikliklər, Yuxarı nəfəs yollarında çirəkənləmələr, Bərkimə ilə müşahidə olunan pnevmaniya, Bronxit, Astma, Plevrit. Bakterial yoluxmalar, Tranvit, Soyuqlamalar, Ağ ciyər qanaxması, Alveoit, Soyuqluq və quruluq, Quru plevrit, Nəfəslə əlaqəli plevrit, Nəfəsin çətinləşməsi, Quru öskürək, Səsin xırıldaması, Enfizema.


Ürək və damar xəstəlikləri :
Image
Bradikardiya, HİS dəstəsinin aşağı qanadının blokadası, Miokardın şişkinleşməsi, Bədxüsusiyyətli yüksək arterial təzyiq, Xolesterinin yüksəlməsi, Endokardit, Mənəmlik iddiası, Rəqiblik ruhu, Hirs, Yüksək qan təzyiqi, Depressiya, Qorxu, Həyəcan, Taxikardiya, Ekstrasistolların çoxalması, Sinus aritmiyası:

Mədə xəstəlikləri :
Image
Mədədə enerji çoxdur, Enerji zəifdir, Xroniki həzm pozğunluğu, Mədədə ama mövcudluğu, Hipoxloridriya (duz turşusunun azlığı), Diabeönü vəziyyət, Hiperosid vəziyyət, Pis həzmetmə fonunda yaxşı iştaha, Qastrit, Yüksək turşuluq fonunda həzm pozğunluğu, Mədə yarası, Güclənmiş mədə peristaltikası, Mədə nevrozu, Daimi olmayan iştaha, Uzanmış mədə, Pilorik sfinkter stenozu, Mədənin dibində qaz yığılması, Mədənin daralması.

Dalaq və mədəaltı vəz xəstəlikləri :
Image
Dalağın böyüməsi, Meqalnahiyəli anemiya, Astit, Limfatik Damarların keçməzliyi ucbatından şişmələr, Splenit, Iteloid leykomiya, Qanaxmalara meyllilik, Böyümüş yumşaq dalaq, Hepatosplenomeqaliya, Dalaq nahiyyəsində naməlum ağrilar, İmmunitet aşağıdır, Malyariya.

Qara ciyər xəstəlikleri :
Image
Qara ciyərin piyli distrofiyası, Qara ciyər ölçülərinin böyüməsi (hepatomeqaliya), Hepatit B, Çoxsaylı miomalar, Xolesterin yüksəlib, Piylənmə, Hipertoniya, Libido azalıb, Hepatit A, Sarılıq, Mononikleoz, Qanaxma, Dərinləşmiş hirs və nifrət, Xroniki yorğunluq sindromu, Qara ciyər fermentlər hazırlamır, Qara ciyər hüceyrələri tutumunun kiçilməsi, Serrotik dəyişikliklər, Hepatit C, Porqalik hipertenziya.

Öd və öd yollarının xəstəlikləri :
Image
Ləng öd kisəsi, Öddə enerji çoxdur, Öd kisəsində daş, Yayılmış sarılıq, Xolesistit, Öd şirəsi çoxdur, Yüksək turşuluq fonunda həzm pozğunluğu, Duodenal yara, Ürəkbulanma, Qusma, Ödün şirəsi azdır, Öd kisesi çixarilib, Öd kisəsinin spazmı, Öd kisəsi formasını dəyişib.

Nazik bağırsağın xəstəlikləri :
Image
Çoxlu çirk, Həzm ləngiyir, Həzm olunmamış piy qalıqları, Piyli diareya, Enterit, Onikibarmaq bağırsaq yarası, Xroniki dizenteriya, Güclenmiş peristaltika, Ara-sıra keçməzlik, Bağırsaq divarlarının nazilməsi, Malabsorbsiya.

Yoğun bağırsağın xəstəlikləri :
Image
Yoğun bağırsaqda çirk, Parazit qurdlar, Amebeaz, Şişlər, Amebeomalar, Yoğun bağırsaqda enerji çoxdur, Kolit, Divertikulit, Dizenteriya, Appendisit, Babasil, Poliplər, Bağırsaqda səpki sindromu, Qəbizlik, Qaz, Divertikulez, Çatlar.

Böyrək və sidik yollarının xəstəlikləri :
Image
Diabet, Hipertoniya, Polikistozlu böyrək, Hidronefroz, Qlükozuriya, Kalsi kristallaşması, Kəskin qlomerulonefrit, Pielonefrit, Hipertenziya, Əvəlik turşusu duzlarının kristallaşması, Böyrək nahiyyəsində burucu ağrılar, Oliquriya, Anuriya, Yorulmalar, Bel kəmərində ağrılar, Böyrekdə soyuqluq, Daşlaşmış böyrək, Fosfaturiya, Zülal.

Sidik kisəsinin xəstəlikləri:
Image
Hialin silindrlər (sidik kisəsində çirk), Albuminuriya (proteinuriya), Poliuriya, Diabet, Sidik bulanıqdır, Spermaturiya, Sistit, Sidik yandırır, Tünd sarı sidik, Hepatit (bilirubinuriya), Sidik turşdur, Hematuriya (sidikdə qan), Sidiyin miqdarı cüzidir, Sidik soyuqdur, Böyrəklər zəifdir, Sidiyi saxlamamaq.

Perikard (ürək pərdəsi) xəstəlikləri :
Image
Həyəcan, narahatliq, qorxu, qəm, qüssə. Konstriktiv perikardit, perikardit, hirs, nifrət. Ətrafdakıların istək və məhəbbətinin olmamasını zənn etmək. Özünü tərk edilmiş sanmaq. Mənsubiyyətə baqlılıq, xəsislik. Hakimliyə can atma.

Üçqat qızdırıcı (qan, enerji və oksigen dövriyyəsi) xəstəlikləri :
Image
Həyat gücü pis dövr edir: Hafizə qoruyucusu pis dövr edir: Baş dərisi və burun soyuqdur. Bağırsaq yuyucusu pis dövr edir: Əllər soyuqdur, içi tərləyir. Seksual sfera tənzimləyicisi pis dövr edir: Ayaqlar soyuqdur, seksual sferanın funksional pozğunluğu.

Bütün yuxarıda göstərilən xəstəliklər nəbzlə diaqnoz yolu ilə müəyyən edilir və xalq təbabətinin unikal və sınanılmış reseptleri ilə-otlar, çiçekler, arı məhsulları, eliksirlər, balzamlar və sair müalicə olunur. Nəbzlə diaqnostika və müalicəni- Nəbzlə diaqnostika mütəxəssisi və Xalq təbabəti şəfavericisi, Asiyada müvafiq kurslar keçərək qırmızı diplom almış- Əjdər Cəbrayıl oğlu Əlizadə həyata keçirir. Diaqnoz təyin edilməsinin dəyəri 10 AZN. Müalicə razılaşma yolu ilə.
Müayinə və müalicə üçün nüsxələrin yazılması bu ünvanda həyata keçirilir: Bakı, Əhmədli qəsəbəsi, Qaçaq Nəbi-13, (95 saylı məktəblə üzbəüz), Əhmədli metrosu ilə "Bakı" K/T-na yaxın. Telefon: (050) 396 49 09 ; (070) 647 11 50

--> Bizimle elaqe yarada bilersiniz:
--> Baş səhifəyə qayıt

inet.az mytop.az puls.az, рейтинговая система Азербайджана